Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Bir ay öncə kənd sakini 72 yaşlı Almaz Cəfərova vəfat edərkən onun yüksək qan təzyiqindən dünyasını dəyişdiyi bildirilmişdi. Ancaq ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğularaq öldürüldüyü məlum olub. Bir ay öncə dəfn edilmiş qadının nəşi qəbirdən çıxarılaraq ekshumasiya edilib.
Məlumata görə, qadın evdə tək yaşayırmış. Gəlini isə Rusiyadan gəlibmiş.
Keçirilən tədbirlərlə qətl hadisəsində şübhəli bilinən gəlini 30 yaşlı Gülbəniz Həsənzadə və gəlinin qardaşı 25 yaşlı Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.