Bakı. Trend:
İspaniya hökuməti lisenziyasız mənzillərin reklamını yaydığınagörə daşınmaz əmlak icarəsi üzrə iri platforma olan "Airbnb"yə 64milyon avro məbləğində cərimə tətbiq edib.
Trend-in xariciKİV-ə istinadən verdiyi xəbərə görə, hökumət bildirib ki, məşhurturistik bölgələrdə reklam edilən bəzi obyektlərin icarəsi qanunlaqadağandır.
Şikayət olunması mümkün olmayan bu cərimə "Airbnb"ninlisenziyasız obyektləri tanıdan bütün elanları geri götürməsininəzərdə tutur.
Dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olan İspaniyadatələbinin artması mənzil qiymətlərinin yüksəlməsinə səbəb olub vəbu, cəmiyyətdə ciddi narahatlıq doğurub.
İspaniyanın istehlakçı hüquqları naziri Pablo Bustinduy bildiribki, minlərlə ailənin mənzil problemi səbəbindən çətin şəraitdəyaşadığı halda, bəzi şirkətlər insanları evlərindən didərgin salanbiznes modelləri ilə varlanır.
Hökumət qısamüddətli kirayələrin müvəqqəti turist axınısəbəbindən məhəllələrin sosial quruluşunu dəyişdirməsindən dənarahatdır.
İspaniya hökuməti "Airbnb" platformasında yerləşdirilən 65 min122 elanın istehlakçı qaydalarını pozduğunu açıqlayıb.
Bustinduy sosial şəbəkədə yazıb ki, nə qədər böyük və güclüolmasından asılı olmayaraq, heç bir şirkət qanundan üstün deyil vəbu prinsip mənzil məsələsində xüsusilə vacibdir.
Qeyd edək ki, Barselona, Nyu-York, Berlin, Paris, hətta"Airbnb"nin yaradıldığı San-Fransisko da daxil olmaqla, bir çoxməşhur turizm şəhəri şirkətin fəaliyyətinə ciddi məhdudiyyətlərtətbiq edib. 2007-ci ildə yaradılan "Airbnb" 2014-cü ildən etibarənturistlərin daha ucuz mənzil və ev axtarışı fonunda sürətləpopulyarlaşsa da, son illər bir çox şəhərdə səs-küy, nəzarətsiz evsahibləri və yaşayış problemləri səbəbindən tənzimləmələrsərtləşdirilib.