AZ

Los-Ancelesdə bayram şənliklərində terror aktı hazırlayanlar TUTULDU

ABŞ-də Yeni il gecəsi qanlı planın qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb. Los-Ancelesdə silsilə partlayışlar törətməyə hazırlaşan radikal qrupun üzvləri saxlanılıb.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Los-Ancelesdə Yeni il gecəsi terror aktları törətməkdə şübhəli bilinən dörd nəfəri saxlayıb.

Rəsmi məlumata görə, həmin şəxslər radikal fələstinmeyilli qrupun üzvləridir və şəhərdə silsilə partlayışlar planlaşdırıblar.

İstintaq müəyyən edib ki, hücumlar məhz insanların kütləvi toplaşdığı bayram şənlikləri zamanı həyata keçirilməli idi.

Konkret hədəflər açıqlanmasa da, saxlanılan şəxslərə terrora hazırlıq və ekstremist fəaliyyətlə bağlı ittihamların irəli sürülməsi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
63
interpress.az

1Mənbələr