AZ

Ekoloji əlverişli "yaşıl texnologiyaların" tətbiqi genişlənir...


Ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi əsas hədəflərdən biridir və bu hədəfə tam olaraq çatmaq üçün Azərbaycan dövləti geniş işlər görür, böyük layihələr həyata keçirir.

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindəndir. Hazırda Azərbaycanda da bu sahəyə xüsusi diqqət yetirilir. Müstəqil Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən ardıcıllıqla həyata keçirdiyi uğurlu enerji siyasəti, transmilli şirkətlərlə birlikdə reallaşdırdığı irimiqyaslı layihələr beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsinə səbəb olub. Hazırda “yaşıl enerji”, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilməkdədir.

Bu gün ekoloji baxımdan əlverişli "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi, qlobal istiləşmə və çirklənmə ilə mübarizə üçün vacibdir. “Yaşıl enerji” istehsalı, tullantıların idarə olunması, təkrar emalı əhatə edir, Azərbaycanda isə bu, "yaşıl iqtisadiyyat" strategiyası çərçivəsində həyata keçirilir, enerji təhlükəsizliyinə töhfə verir.

"Yaşıl Enerji"nin İnkişafı, günəş, külək və hidroenerji kimi bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, enerji istehsalında karbon emissiyalarının minimuma endirilməsi, yaşıl hidrogen kimi yeni texnologiyaların tətbiqi, tullantıların iraə edilməsi əsas istiqamətlərdən biridir.

Balaxanı Sənaye Parkı kimi müəssisələrdə tullantıların təkrar emalı və zərərsizləşdirilməsi (məsələn, yandırma yolu ilə enerji əldə etmə).

Təmiz Şəhər ASC-nin fəaliyyəti, "Yaşıl İqtisadiyyat"ın Genişlənməsi məsələsi,

Azərbaycanda dövlət siyasəti ilə dəstəklənən milli strategiyaların formalaşdırılması kimi məsələlər diqqət çəkir.

Azad olunmuş ərazilərin potensialından "yaşıl" iqtisadiyyat üçün istifadə olunur.

Beynəlxalq layihələr vasitəsilə (məsələn, Cənub Qaz Dəhlizi) yeni texnologiyaların tətbiqinə təkan verilir və sair.

Bu texnologiyaların tətbiqi təkcə qlobal ekoloji problemlərin həllinə kömək etmir, həm də enerji təhl"ükəsizliyini təmin edir, yeni iş yerləri yaradır, və Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.

Ekspertlər deyirlər ki, dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə “yaşıl iqtisadiyyat”a keçid ən aktual məsələlərdən biridir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artıb. Azərbaycanda da son illər bu istiqamətdə bir sıra önəmli addımlar atılıb. Respublika, həmçinin özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək istiqamətində tədbirlər həyata keçirir.

Belə ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı konkret tapşırıqlar qoyulub.

Bu baxımdan Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir və burada başlıca məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaqla yanaşı, əlavə xammal bazası yaratmaqdır. Həmçinin nəzərə almaq lazımdır ki, təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir, bu da enerji qənaətinə imkan verir.

Ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə Balaxanı Sənaye Parkı yaradılıb.

Balaxanı Sənaye Parkının yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən "yaşıl" iqtisadiyyatın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, paytaxt və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Belə ki, müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur.

Tullantıların idarə olunması və ətraf mühitə təsirini azaltmaq sahəsində səmərəli təcrübələrdən biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. Qeyd edək ki, zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi hasil etmək gücünə malikdir və il ərzində əldə edilən enerji ilə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etmək mümkündür. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan zavod istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur və Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.

Tullantıların idarə olunması və ətraf mühitə təsirini azaltmaq sahəsində səmərəli təcrübələrdən biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası çərçivəsində yaradılan və 2012-ci ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt standartlarına tam uyğun şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 231,5 milyon KVt saat elektrik enerjisi istehsal olunur ki, bu da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaradır...

Bildiyimiz kimi işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqrasiya tədbirləri davam etdirilir. Bu istiqamətdə işlər gedir, bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılır. Azad ərazilər bərpa olunan enerji mənbələri ilə zəngindir və Azərbaycanın “yaşıl enerji” vadisi hesab olunur. Həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı həyata keçirilir.

Bu gün ölkəmizdə yaşıltexnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində geniş işlər görülür və indiyə qədər də görülən işlərin nəticələri birmənalı olaraq ürəkaçandır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
22
baki-xeber.com

1Mənbələr