AZ

Tarixi fürsət yaranıb, müharibə yekunlaşa bilər Orban Avropaya səsləndi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa Ukraynanın sülh şansını qaçırmamalıdır. Amma buna şübhə ilə yanaşır”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, Avropanı Ukraynada sülhə nail olmaq üçün yaranmış tarixi fürsətdən yararlanmağa çağırıb.

Eyni zamanda ABŞ prezidenti Donald Trampın sülhyaratma təşəbbüsünü dəstəkləməyə çağırıb.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin qarşıdan gələn Brüsseldəki Avropa Şurası iclasında münaqişənin nizamlanmasına doğru mühüm addımlar atmaq imkanı var.

Orban vurğulayıb ki, Ukraynada sülh heç vaxt bu qədər yaxın olmayıb.

“Avropa tarixi fürsət ərəfəsindədir. Biz avropalılar dörd il ərzində bu müharibəni bitirə bilmədik. Lakin amerikalılar yaxın zamanda buna son qoya bilər. Bizim etməli olduğumuz tək şey onları dəstəkləməkdir. Təəssüf ki, bütün əlamətlər bunun əksini göstərir”, – deyə Orban vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
globalinfo.az

1Mənbələr