GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kalujadakı “Kristall” likör-araq zavodu “Trump” ticarət nişanının qeydiyyatı üçün Rusiya Patent İdarəsinə müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya Rusprofile xidməti məlumat verib.
Əgər müraciət təsdiqlənsə, şirkət bu adla geniş çeşiddə məhsullar — araq, brendi, likör, şərab, rom, pivə və digər alkoqollu və alkoqolsuz içkilər istehsal edə biləcək.
Qeyd olunur ki, müraciətin təqdim edilməsi qeydiyyatın avtomatik təsdiqlənməsi anlamına gəlmir. Lakin müsbət qərar olacağı təqdirdə, “Trump” brendi Rusiyada rəsmi olaraq kommersiya məqsədilə istifadə edilə bilər.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.