AZ

Hacıqabul və Şirvanda gənclər üçün “Hüquqi zəka” layihəsi başlayıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş "Hüquqi zəka" layihəsi start götürüb. 

QHT.az xəbər verir ki, Hacıqabul və Şirvan rayonlarında keçiriləcək layihənin əsas məqsədi region gəncləri arasında hüquqi biliklərin artırılması, Konstitusiya dəyərlərinin və ümummilli lider Heydər Əliyev irsinin və ulu öndərin həyat və fəaliyyəti kimi mövzularda gənclərin məlumat bazasını artırmaq və bu məlumatları interaktiv formatda gənclərə aşılamaqdır.

Layihə çərçivəsində Hacıqabul və Şirvan şəhərində ayrı-ayrılıqda 16 komanda arasında 2 gün olmaqla "Nə? Harada? Nə Zaman? intellektual oyunu keçiriləcək. Layihə 26 və 27 dekabr 2025-ci il tarixində Hacıqabul rayonunda, 16 və 17 yanvar isə Şirvan şəhərində keçirilməsi nəzərdə tutulub.

Seçilən
35
qht.az

1Mənbələr