AZ

“Yuventus” və “İnter” Ruslanı izləyir

“Cenoa”nın yarımmüdafiəçisi Ruslan Malinovski A Seriyasının aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu ilə “Yuventus” və “İnter” yaxından maraqlanır.

İtaliya mediasının yaydığı məlumata görə, hər iki klub təcrübəli oyunçunun oyun keyfiyyətini və mövcud vəziyyətini izləyir.

Transferin mümkün maliyyə detalları ilə bağlı ilkin müzakirələrin aparıldığı bildirilir. 

Qeyd edək ki, 32 yaşlı futbolçunun transfer dəyəri 2.5 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Seçilən
51
2
fanat.az

3Mənbələr