ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp və onun müttəfiqlərinin Avropa İttifaqının (Aİ) zəiflədilməsində, hətta dağılmasında maraqlı ola biləcəyi ilə bağlı ABŞ-da müzakirələr aparılır.
KONKRET.az xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp administrasiyasının Avropa İttifaqına qarşı “ideoloji nifrəti” dərin köklərə malikdir. Son dövrlərdə Ağ Ev rəsmilərinin bəzi Avropa ölkələrinə təzyiq göstərərək onların Aİ-dən çıxmasını təşviq edə biləcəyi barədə məlumatlar da yayılıb.
Lakin jurnalistlər qeyd edirlər ki, bu strategiya hələlik nəticə vermir. Əksinə, Avropa İttifaqı parçalanmaq yox, genişlənmək niyyətindədir. Yaxın perspektivdə Monteneqro, Albaniya, Moldova və Ukraynanın Aİ-yə üzvlüyü gündəmdədir. İttifaq rəsmiləri bu ölkələrin gələcəyi ilə bağlı “nikbinlik” nümayiş etdirirlər.
“The Washington Post” vurğulayır ki, Tramp və onun müttəfiqləri Avropa İttifaqını dağıtmaq istəsələr də, qitənin digər tərəfində bir çox ölkələr Aİ-yə üzv olmaq arzusundan möhkəm yapışır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.