AZ

Beş nəfər dəm qazından zəhərlənib, ölən varVİDEO

Qubada müəllim dəm qazından zəhərlənərək həyatını itirib.  

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Dağlı kəndində qeydə alınıb.

Kənd sakini 41 yaşlı Vüqar Atayev hamam otağında dəm qazından zəhərlərək ölüb. Hadisənin qazla işləyən su qızdırıcısı ilə ehtiyatsızlıq davranma səbəbindən baş verdiyi bildirilir.

Mərhum Vüqar Atayev Dağlı kənd tam orta məktəbində bədən tərbiyəsi fənni üzrə müəllim işləyib. O, eyni zamanda, Azərbaycan Atletika Federasiyasının Quba regionu üzrə məşqçisi kimi də fəaliyyət göstərib.

Qusarın Üzdənoba kəndində isə bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər. Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova və iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına  çatdırılıblar.

Tibbi yardımdan sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
36
xezerxeber.az

1Mənbələr