Hollivud ulduzu Tom Kruzun və rejissor Doq Limanın birgə üzərində çalışdığı, kosmosda çəkilməsi planlaşdırılan unikal film layihəsi dayandırılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, iddialara əsasən, layihənin həyata keçirilməsi üçün NASA ilə tamamlanmalı olan rəsmi icazə prosedurlarının uzanması səbəbindən çəkilişlər təxirə salınıb. Bildirilir ki, Tom Kruzun kosmosda çəkiliş və açıq kosmos gəzintisini nəzərdə tutan bu ideyası siyasi amillər fonunda ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənməyib.
Qeyd edək ki, "Sabahın Kənarları" adlı layihə kosmosda lentə alınacaq ilk film kimi kino tarixinə düşməyi hədəfləyirdi. Plana əsasən, Tom Kruz Beynəlxalq Kosmik Stansiyada (BKS) şəxsən çəkiliş aparmalı, hətta kosmosa çıxış etməli idi.
Layihə ilk dəfə 2020-ci ildə ictimaiyyətə təqdim olunub və həmin vaxt NASA nümayəndələri Kruzun BKS-də çəkiliş aparacağını təsdiqləmişdi. Ancaq 2022-ci ilə qədər layihə ilə bağlı konkret irəliləyişin qeydə alınmadığı bildirilir.
Musa
Milli.Az