“Liverpul”dan ayrılmaq istəyən Məhəmməd Salah Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Fanat.az xəbər verir ki, misirli ulduz futbolçu üçün “Arsenal” və “Mançester Siti” artıq hərəkətə keçib.
"Fichajes" nəşrinin məlumatına görə, tərəflər arasında oyunçunun transfer məbləği ilə bağlı ilkin danışıqların aparılıb. Klublar Salahın maliyyə şərtlərini və mümkün müqavilə detallarını müzakirə ediblər.
Qeyd edək ki, bu mövsüm çıxış etdiyi 14 matçda 4 qol və 3 asistlə fərqlənən 33 yaşlı ulduzun transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev