AZ

Mixail Neyjmakov: Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının fəallaşması yeni iqtisadi imkanlar açır

Bakı, 15 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Rusiya–Azərbaycan Hökumətlərarası Komissiyasının fəallaşması iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Bu fikri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramında çıxışı zamanı rusiyalı siyasi analitik Mixail Neyjmakov səsləndirib.

Onun sözlərinə görə, komissiyanın avqust ayında keçirilmiş iclası mürəkkəb beynəlxalq vəziyyət fonunda belə Moskva və Bakının iqtisadi əlaqələrin qorunub saxlanılmasında maraqlı olduğunu nümayiş etdirir. Son aylarda hökumətlərarası təmasların intensivləşməsi müşahidə olunur. Bu prosesə baş nazir müavinləri səviyyəsində aparılan danışıqlar, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətlərinin Moskvaya, eləcə də Rusiya regionlarının təmsilçilərinin Bakıya səfərləri daxildir.

Mixail Neyjmakov vurğulayıb ki, müzakirələrin əsas istiqamətlərini nəqliyyat dəhlizləri, sənaye sahəsində əməkdaşlıq və tibbi texnologiyaların inkişafı təşkil edir. Onun fikrincə, məhz bu sahələr Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün dayanıqlı əsas yarada bilər.

Seçilən
100
azertag.az

1Mənbələr