ain.az, Adelet.az portalına istinadən məlumat verir.
Hər il Yeni il qabağı əksər ət və ət məhsularının, eləcə də kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşır. Təbii ki, bu da insanların narazılığına səbəb olur.
Çünki bir çox aztəminatlı ailələrin, təqaüdçülərin imkanı olmur ki, həmin məhsulları alıb evinə gətirsin. Bunun üçün öncədən qabaqlayıcı tədbirlər görülməlidir. Yəni aidiyyəti qurumlar yarmarkalar təşkil etməli , adını çəkdiyimiz məhsulların ucuz qiymətə satışını təşkil etməlidir. Deyə bilirsiniz ki, bəs Kənd Təsərrüfatı Nazirliyi Bakıda hər bayram yarmarkalar təşkil edir.
Düsdür, bu yarmarkalar olur, amma o, bazarlardan və marketlərdən fərqlənmir. Çünki orada məhsul satışa çıxaranlar kənddən gələn fermerlər deyil, alverçilərdir.Aydındır ki, alverçi də hər şeyi baha qiymətə satır. Belə ki, yarmarkaları təşkil edənlərin öz maraqları var.
Onlar kasıb adamları deyil, öz ciblərini doldurmaq haqqında düşünürlər.Amma elə eləmək olar ki, yarmarkalarda qoyun ətini 12-13 manata, mal ətini 15 manata satışa çıxarmaq olar! Sadəcə bunun üçün vəzifə sahiblərindən bir mərhəmət, vətənpərvərlik hissləri tələb olunur. Bax belə olsa, Yeni ildə ucuzluq yaranar və kasıb adamların da süfrələrində ürəkləri istədikləri yemək olar!
Emil Faiqoğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.