AZ

Ermənilərin qənimi olan,  Cümə məscidin yenidən tikən Hacı Şıxəli Dadaşov

XIX əsrin sonu, XX əsrin əvvələrində Bakıda imkanlı ailələr olublar. Onlardan biri də Dadaşovlar ailəsi idi ki, onların üzvləri Azərbaycan tarixində mühüm işlərə imza atıblar. Bu ailənin gördüyü işlər bu gün Bakının müxtəlif yerlərində hələ də xatirələrdə və abidələrdə qalmaqdadır. Bu ailənin bir üzvü Hacı Şıxəli Ağa Dadaşov —Bakı milyonçusu və xeyriyyəçi olmuşdur
O, qardaşı Hacı Hacıağa ilə birlikdə Bakıda birinci dərəcəli tacir kimi tanınırdı. Hacı Hacıağa 1876-cı ildə Azərbaycanda bu rütbəni alan ilk dörd tacirdən biri idi, Hacı Şıxəli də bu dördlüyə daxil idi.

Onun Ələkbər və Ələskər adlı iki oğlu olmuşdur. Tanınmış memar Sadıx Dadaşov onun oğlu Ələkbər Dadaşovun oğlu, yəni nəvəsi olmuşdur.
Bir çox ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələrin təməlini qoyan və Bakıda və bütövlükdə Qafqazda böyük hörmətə malik olan bakılı xeyriyyəçi Hacı Şıxəli Dadaşov Şollar su kəmərinin və Bakı-Batumi neft kəmərinin tikintisi üzrə komissiyanın üzvü olmuş və bu layihələrə xeyli vəsait xərcləmişdir.
Hacı Şıxəli Dadaşov klassik “neft maqnatı” deyildi. Onun özünün gəmi təmiri emalatxanası vardı. Xəzər dənizində onun da gəmiləri üzüb. Hacı Bakıda və Azərbaycanda ermənilərin ticarətdə qarşıların alıb.Onlara Bakıda əl qol açmağa imkan verməyib.

Onunla bağlı bir maraqlı hadisə var. Bu barədə araşdırma edən jurnalist Müsəllim Həsənovun yazısında qeyd edilir ki, 1894-cü ildə Bakıda neftlə zəngin yeni dövlət torpaqları hərraca çıxarılır.

Nobellərin Bakı kontoru da torpaq sahəsi almaq istəyir. Peterburqda olan Emmanuel Nobel Bakıya pul göndərir, amma o pul vaxtında çatmır.
Hərraca bir gün qalmış Nobellərin Bakı kontoru borc pul üçün məşhur gəmi sahibkarlarından olan Hacı Şıxəli Dadaşova müraciət etmək məcburiyyətində qalır. Şirkətin Bakı kontorunun rəhbəri K.Hagelin köməkçisini Hacının yanına göndərir və pulu alır. Bu barədə sonra o xatirələrində yazacaq:

“Şıxəli Dadaşov bizə həm də ona görə kömək elədi ki, bizim alacağımız torpaq sahələri onun əbədi düşmənlərinə – ermənilərə qismət olmasın!”

1899-cu ildə o, İçərişəhərdə Cümə məscidini yenidən bərpa etdirib, daha doğrusu köhnə məscidin yerində yenisib tikdirib. Cümə məscidi İçərişəhərdə yerləşir və ölkə əhəmiyyətli abidədir. Hacı Şıxəli ağa Dadaşov 1899-cu ildə xeyriyyə məqsədi ilə bu məscidi tikdirmişdir. Məscid sovet dövründə xalça muzeyi kimi fəaliyyət göstərmişdir, lakin 1990-cı illərdən etibarən yenidən məscid kimi fəaliyyət göstərməyə başlamışdır.

1874-cü ildə Bakıda lk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Uçot Komitəsinin tərkibində Hacı Şıxəli Dadaşov da təmsil edilib. Etibarlı və imkanlı mesenat kimi onun adı yerli əhali tərəfindən ehtiramla çəkilirdi deyə əmanət kassalarına pullarını qoyan insanlar da sayca çoxalırdı.

Kasıb ailələrə gizli ianələr etməsi ilə də tanınan Hacı Şıxəli barədə sovet dövründə gördüyü işlər arxivlərdə sənədlərin silinməsi ilə unudulmağa başlanıb. . Bakının digər milyonçuları kimi, Hacı Şıxəli də ümumi olaraq dini məktəbləri və müqəddəs yerlərin dəstəklənməsinə vəsait ayırırdı.Onun dini xeyriyyəçi imici olmasına dair iddialar irəli sürülətək gördüyü işlər şüurlu şəkildə kölgədə saxlanılıb
Ölümündən qırx gün sonra, bakılıların və mütəfəkkirlərin xahişi ilə Maştağadan piyada aparılaraq tikdirdiyi məscidin qarşısında dəfn edilmişdir. Onun məzarında qızıl və qiymətli daşlar olacağına inan oğrular gecə ikən ora gəlib, məzarı açmış, sonra isə baş daşını oğurlayıb aparıblar

2000-ci ildə isə məzarı ailəsi tərəfindən bərpa edilmişdir.

Onun tikdirdiyi evlər hələ də Malakan bağında, İçərişəhərdə və şəhərimizin müxtəlif yerlərində qalmaqdadır. Onun adı həm Bakının iqtisadi tarixində, həm də Azərbaycana görkəmli memar bəxş edən bir ailənin başlanğıcı kimi qalır.

Prof.Dr. Zaur Əliyev

Seçilən
109
veteninfo.az

1Mənbələr