AZ

Azərbaycan xarici siyasətdə regional əməkdaşlıqlara üstünlük verir” AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Beynəlxalq münasibətlər sistemi əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə dəyişib. Əgər əvvəllər çoxtərəfli əməkdaşlıqlar və qlobal platformalar əsas rol oynayırdısa, hazırda bu yanaşma öz effektivliyini itirib. Bu dəyişiklik Azərbaycanın xarici siyasətində də aydın şəkildə hiss olunur. Azərbaycan artıq qlobal platformalardan daha çox regional, ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarına üstünlük verir".Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O, bildirib ki, ATƏT, Avropa Birliyi və BMT kimi beynəlxalq qurumlar müxtəlif səbəblərdən, xüsusilə prinsiplərin pozulması fonunda, əvvəlki təsir gücünü itirib:"Bu isə Azərbaycanın həmin platformalarla əməkdaşlığının zəifləməsinə gətirib çıxarıb. Məhz bu səbəbdən ölkəmizin regional əməkdaşlıqlara yönəlməsi hazırkı geosiyasi şəraitdə ən düzgün yanaşma hesab olunur. Yeni reallıqlar fonunda Türkiyə, İran və Rusiya ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, təcavüzün sona çatması Ermənistanla da ikitərəfli əməkdaşlığın başlanmasını zəruri edir. Bu proses bölgədə iqtisadi, ticarət və investisiya əlaqələrinin tam formalaşmasına töhfə verə bilər".Ekspert bildirib ki, yaxın dövrdə Azərbaycan–Türkiyə–Türkmənistan, Azərbaycan–Türkiyə–İran, Azərbaycan–Rusiya–İran, Azərbaycan–Türkmənistan–Özbəkistan, Azərbaycan–Qazaxıstan–Özbəkistan kimi əməkdaşlıq formatlarının uğurla davam etməsi ölkəmizin bu istiqamətdə seçdiyi siyasətin nəticəsidir:"Bu formatlar Azərbaycanın regional və beynəlxalq mövqeyini getdikcə gücləndirir. Bəzi dairələr üçün Türkmənistan və Qazaxıstanla əməkdaşlıq anlaşılmaz görünsə də, Avropa və Çinin Rusiyadan yan keçən nəqliyyat dəhlizlərini aktivləşdirməsi Azərbaycanın imkanlarına olan ehtiyacı artırıb. Xüsusilə Şərq–Qərb, yəni Orta Dəhlizdə Azərbaycanın rolu ön plana çıxır ki, bu da ölkəmizin vaxtında atdığı qabaqlayıcı addımların nəticəsidir".Onun sözlərinə görə, eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə formalaşan ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmləri Avrasiya miqyasında da təsir göstərir, Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirir:"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Şurasının üzvü seçilməsi də bunun bariz nümunəsidir. Bu, ölkəmizin yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiyada iqtisadi, ticarət və investisiya əlaqələrinin formalaşmasında artan rolundan xəbər verir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
demokrat.az

1Mənbələr