AZ

Mbappe daha bir qol vurdu və... Ronaldonun “üç addım”lığında

İspaniya çempionatının 16-cı turunda səfərdə “Alaves”lə qarşılaşan “Real” 2:1 hesablı qələbə qazanıb.

“Kral klubu”nun heyətində qollardan birini hücumçu Kilian Mbappe vurub.

Bu qol Mbappe üçün 2025-ci təqvim ilində “Real” forması ilə vurduğu 56-cı qol olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu “Real”ın sabiq hücumçusu Kriştiano Ronaldonun rekorduna xeyli yaxınlaşıb.

Portuqaliyalı futbolçu 2013-cü ildə “Real”ın heyətində bir təqvim ili ərzində 59 qol vuraraq, klub tarixində rekord müəyyənləşdirmişdi.

Cari ilin sonuna qədər Madrid təmsilçisinin daha iki oyunu qalıb. Xabi Alonsonun yetirmələri İspaniya kubokunda “Talavera” ilə üz-üzə gələcək,

La Liqada isə “Sevilya” ilə qarşılaşacaq. Mbappenin Ronaldonun rekordunu yeniləmək üçün hələ real şansı var.

Seçilən
49
sportinfo.az

1Mənbələr