AZ

Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deportasiya olunacaq

Bakı. Trend:

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin HacıbəylininTürkiyədən deportasiya olunmasına qərar verilib.

Trend xəbərverir ki, o, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deportolunması ilə bağlı rəsmi qərar təqdim olunub.

"Bu gün mənə 5 il müddətinə Türkiyədən deport olunmağımla bağlırəsmi qərar təqdim olundu. Türkiyədə 2 illik oturum iznim olmasınavə bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyiməbaxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşıədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isəaçıqlanmır.
Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29- dan Türkiyədəxüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımlabağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədəntələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil,siyasi əsaslarla verildiyini göstərir.
Onu da bildirirəm ki, 3 gün öncə saxlanıldığım Arnavutköy GeriGöndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinəgətirilmişəm. Aldığım məlumata görə, bu mərkəzdə saxlanılanlaradətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə birtəəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycanagöndərilməyim üçün hansısa hazırlıq işləri aparılır.

Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən ay Türkiyədə saxlanılmışdı.

Seçilən
60
1
az.trend.az

5Mənbələr