AZ

“Bu hallar qəbuledilməzdir” TƏBİB dən tibb müəssisələrinə xəbərdarlıq

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Müəyyən tibb müəssisələrində əlavə ödənişlərin tələb olunması, tibbi sərf materiallarının vətəndaşlara aldırılması, eləcə də imtiyazlı xəstələrin dərmanla təminatının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməməsi yolverilməz hesab edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “İlin yekunları və növbəti il üçün qarşıya qoyulan hədəflər” mövzusunda keçirilən müşavirədə bildirilib.

Toplantıda tibb müəssisələrində tibbi xidmətin təşkili zamanı üzə çıxan problemlər, idarəetmə və maliyyə mexanizmlərində mövcud çatışmazlıqlar, həmçinin müşahidə olunan neqativ hallarla bağlı ciddi xəbərdarlıqlar səsləndirilib. Eyni zamanda aparılan yoxlamalar nəticəsində bəzi tibb müəssisələrində sterilizasiya qaydalarına, infeksiyaya nəzarət mexanizmlərinə və keyfiyyət standartlarının tələblərinə tam riayət olunmaması faktlarının aşkarlandığı qeyd edilib.

Vüqar Qurbanov məsul şəxslərə nəzarət mexanizmlərinin gücləndirilməsi və müəyyən edilən nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
globalinfo.az

1Mənbələr