AZ

“Putin səhv etməməlidir” Almaniyanın XİN başçısı

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Berlində Ukrayna ilə bağlı aparılan müzakirələrin uğurlu olması barədə danışmaq hələ tezdir”.

525.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful prezident Volodimir Zelenski ilə ABŞ nümayəndə heyəti arasında Berlində keçirilən danışıqları şərh edərkən deyib.

Nazir bildirib ki, Ukrayna ilə bağlı danışıqlar heç vaxt indiki qədər ciddi olmayıb. XİN başçısı sülh səylərində Avropalı müttəfiqlərin həlledici rolunu qeyd edib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı danışıqlardan əvvəl Amerika nümayəndə heyəti Moskva ilə öz mövqeyini açıq-aydın razılaşdırıb.

Vadeful əlavə edib ki, Berlindəki danışıqlar ortaq mövqeyə çatmaq üçün vacibdir, lakin uğurlu olub-olmayacağı yalnız həftənin sonunda bilinəcək.

"Vladimir Putin səhv etməməlidir: biz Ukraynanın müdafiə qabiliyyətini qorumaqda qərarlıyıq", - o söyləyib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
525.az

1Mənbələr