AZ

Həkimdən burun əməliyyatı etmək istəyənlərə ÇAĞIRIŞ: Həyatınız təhlükədədir, çünki…

Son zamanlar sosial şəbəkələrdə “əməliyyatsız burunşəkilləndirmə” prosedurlarının reklamı və bu tip müdaxilələrə maraq xeyli artıb. Bəs bu üsullar nə dərəcədə təhlükəsiz və effektivdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, bu cür paylaşımlar cəmiyyətdə yanlış təsəvvür yaradır. Onun sözlərinə görə, burunda sümük əyriliyi kimi struktur problemləri varsa, əməliyyatsız üsullarla burunun bərpası mümkün deyil:

Azərbaycanda

“Əgər burunda sümük əyriliyi varsa, üzərindən aparılan hər hansı müdaxilə ilə bunu düzəltmək qeyri-mümkündür. Eyni zamanda burun ucunda ciddi problem olduqda da yeganə yol cərrahi əməliyyatdır.”

Həkim qeyd edib ki, bəzi hallarda yalnız çox cüzi estetik toxunuşlar, dolğu maddələri tətbiq oluna bilər. Lakin sosial mediada tez-tez rast gəlinən “cihazla burun kiçiltmə”, “ömürlük burun kiçiltmə” kimi iddiaların tibbi əsası yoxdur:

“Bəzi avadanlıqlar sadəcə dərinin toparlanmasına, ləkə və məsamələrin müvəqqəti yaxşılaşmasına kömək edə bilər.”

Günay Lətifova vurğulayıb ki, hazırda istifadə olunan HF (yüksək tezlikli) cihazlarla burun kiçiltməyin mümkün olmadığı elmi cəhətdən sübut olunub:

“HF cihazları əsasən əzələlərə təsir edir. Burunda çəpər əyriliyi, sümük problemi, burun ətliliyi, sallaqlıq və ya burun ucunun uzunluğu varsa, heç bir cihaz bunu aradan qaldıra bilməz. Əksinə, dəri zədələnə bilər.”

Həkim-terapevt vətəndaşlara çağırış edərək bildirib ki, burunla bağlı ciddi problemi olan şəxslər mütləq peşəkar cərrahlara müraciət etməlidirlər:

“Belə hallarda düzgün yanaşma rinoplastika əməliyyatıdır. Əməliyyatsız vədlərə inanmaq sağlamlıq üçün risklidir.”

Mütəxəssislər tövsiyə edir ki, estetik müdaxilələrə qərar verməzdən əvvəl sosial şəbəkə reklamlarına deyil, tibbi məsləhət və rəsmi müayinələrə üstünlük verilsin.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
61
1
konkret.az

2Mənbələr