AZ

Strateji Obyeklərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları qan verdilər - FOTO


Talassemiyadan əziyyət çəkənlərə qayğı məqsədi ilə Strateji Obyeklərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) qanvermə aksiyası keçirilib. SOMDA-nın Mətbuat xidmətindən baki-xeber.com-averilən məlumata görə, aksiyada Agentliyin şəxsi heyəti könüllü olaraq iştirak ediblər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərərin müalicəsində istifadə olunacaq.

NAMİQ

Seçilən
66
9
baki-xeber.com

10Mənbələr