Bakı. Trend:
Yaponiyanın paytaxt Tokiodakı əkiz pandaların yanvarın sonundaÇinə qaytarılması ilə ölkə təxminən 50 ildən sonra pandasız dövrəqədəm qoyacaq.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Tokio rəhbərliyi 2021-ci ildə UenoZooparkında dünyaya gələn “Xiao Xiao” və bacısı “Lei Lei” adlıpandaların iki ölkə arasında mövcud olan icarə razılaşmasına əsasənyanvarın sonunadək Çinə geri göndəriləcəyini açıqlayıb.
Məlumata görə, ictimaiyyət 25 yanvar tarixinədək pandaları görəbilər.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Kihara Minoru mətbuatkonfransında bildirib ki, ölkənin pandasız qalmasına baxmayaraq,“pandalar vasitəsilə qurulan təmasların davam etməsindəümidlidirlər”. O qeyd edib ki, bu cür mübadilələr uzun illərdir ikiölkə xalqları arasında ictimai rəyin yaxşılaşmasına töhfəverib.
Tokiodakı pandalar Çindən elmi-tədqiqat və çoxalma proqramıçərçivəsində gətirilən valideynlərdən doğulduğu üçün onlarınmülkiyyət hüquqları Çinə məxsusdur.
Yeni panda icarəsi ilə bağlı gözləntilərin isə Yaponiya ilə Çinarasında Tayvan məsələsinə görə yaranan gərginlik fonundaqeyri-müəyyən olaraq qaldığı vurğulanır. Yaponiya Baş naziriTakaiçi Sanae noyabrın 7-də parlamentdə çıxışı zamanı Tayvanboğazına mümkün müdaxiləni ölkəsinin mövcudluğuna təhdid kimiqiymətləndirə biləcəyini və hərbi gücdən istifadə ehtimalını diləgətirmişdi. Bu açıqlama Tayvanı öz ərazisi hesab edən Çinin kəskinreaksiyasına səbəb olmuşdu.
Bunun ardınca Pekin rəhbərliyi Yaponiyanın Çindəki səfiriniXarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib, ÇinXİN Yaponiya ilə bağlı səyahət, Təhsil Nazirliyi isə təhsilxəbərdarlığı yayımlayıb.