AZ

Şaftalı çəyirdəyinin faydaları nələrdir?

Şaftalı çəyirdəyi xalq təbabətində uzun illərdir istifadə olunur.
 

Pravda.az bildirilir ki, məhdud və düzgün şəkildə istifadə edildikdə orqanizmə müəyyən faydalar verə bilər. Bununla belə, mütəxəssislər nəzarətsiz istifadənin təhlükəli olduğunu vurğulayır.


Şaftalı çəyirdəyinin faydaları arasında bağırsaq fəaliyyətinin tənzimlənməsi, qəbizliyin azalmasına kömək, öskürək və bəlğəmin yüngülləşdirilməsi yer alır. Alternativ mənbələrdə immun sistemini gücləndirdiyi də qeyd olunur.


Eyni zamanda diqqətə çatdırılır ki, şaftalı çəyirdəyinin tərkibində olan amigdalin maddəsi yüksək dozada qəbul edildikdə zəhərlənməyə səbəb ola bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər üçün risk daşıyır.


Əminə Bayramova 

Tarix: 15 Dekabr 2025, 17:52   
Seçilən
25
pravda.az

1Mənbələr