AZ

Nura Suri: “Kim necə geyindi, kiminlə sevişdi, xoşbəxt adamlarsınız...”

“Çıxarışlı (kupçalı) evini satmaq istəyən vətəndaşlar müxtəlif maneələrlə üzləşdiyi halda, yeni tikililərdə müqavilə əsasında satılan mənzillərin sahəsi ilə bağlı ciddi uyğunsuzluqlar mövcuddur”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.

O deyib ki, alıcıya 130 kvadratmetr kimi təqdim olunan mənzilin çıxarış alındıqdan sonra əslində 100 kvadratmetr olduğu ortaya çıxır və müqavilədə göstərilən şərtlərə əməl edilmir.

Sənətçi eyni zamanda tikinti şirkətlərinin ad dəyişməklə məsuliyyətdən yayınmasına da etiraz edib: “MTK ilə müqavilə bağlayırsınız, 3-4 il sonra olur MMMC. Guya əl dəyişir, amma əslində sadəcə ad dəyişir. Problem yarananda isə “binanı mən tikməmişəm” deyirlər”.

Müğənni cəmiyyətdə əsas problemlər əvəzinə, ikinci dərəcəli mövzuların gündəmə gətirilməsini də tənqid edərək bildirib ki, bir çoxları real və ciddi məsələlərə reaksiya verməkdənsə, insanların şəxsi həyatı ilə maraqlanır: “Çox absurd və məntiqsiz hər şeyə reaksiya vermisiniz. Çoxunun dərdi kim necə geyindi, kiminlə sevişdi və sair. Xoşbəxt adamlarsınız, xəbəriniz yoxdur”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
115
1
yenisabah.az

2Mənbələr