Azərbaycan Basketbol Liqasının VII turundan təxirə salınmış "Şəki" - "Neftçi" oyununun nə vaxt keçiriləcəyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti yayıb.
Qarşılaşma dekabrın 17-də Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. Oyun 17:00-da start götürəcək.