Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov uzun yaşamaq istəmədiyini etiraf edib.
Publika.az xəbər verir ki, o, bu barədə Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkətinin "Telegram" kanalında açıqlama ilə çıxış edib.
Çeçenistan lideri sağlamlığı ilə bağlı şayiələrə münasibət bildirərkən qocalmaq istəmədiyini qeyd edib.
"Qocalmaq istəməzdim. Hələ də hamı tərəfindən sevilərkən bu dünyadan köçmək istəyirəm", - Kadırov paylaşımında bildirib. Gələn il 50 yaşını qeyd edəcək Kadırov səhhətinin əla vəziyyətdə olduğunu vurğulayıb.
Qeyd edək ki, media Çeçenistan liderinin "yoxa çıxması" barədə dəfələrlə məlumat yayıb. 2023-cü ilin yayında media orqanları Çeçenistan müxalifətinin bir nümayəndəsinə istinadən onun vəziyyətinin ağır olduğunu və böyrək problemləri səbəbindən danışa bilmədiyini bildiriblər.