Bakı.Trend:
Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsiəməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətlikənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdənöldürülməsi müəyyən edilib.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq vəəməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlüQasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadəninqabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanıyaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələrmüəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda CinayətMəcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, QasımHəsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindənsaxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğutərəfindən şübhəli şəxs qismində tutulub.