AZ

Məşhur rejissoru və həyat yoldaşını oğlu ÖLDÜRÜB

Dünyaca məşhur rejissor Rob Reyner və həyat yoldaşının cəsədləri Los-Ancelesdəki evlərində tapılıb. Vətəninfo.az xəbər verir ki,  ev sahibləri qətlə yetirildikdən  sonra ev yandırılıb. Polisin keçirdiyi əməliyyat zamanı cütlüyün oğlu Nik qətldə şübhəli bilinirək saxlanılıb. New York Post qəzetinin məlumatına görə, o, narkotik asılılığından əziyyət çəkirdi. Rob Reyner “All in the Family” kult sitkomunda Mayk Meathead rolu ilə şöhrət qazandı. O, bu rola görə iki Emmi mükafatı qazandı. O, həmçinin “Mənimlə Stand”, “Şahzadə Gəlin”, “Harri Salli ilə görüşəndə”, “Səfalət” və “Bir neçə Yaxşı Adam” kimi məşhur filmlərin rejissoru olub.

Seçilən
71
veteninfo.az

1Mənbələr