AZ

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb

Bakı, 15 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Cəlilabadda Biləsuvar, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşüb.

AZƏRTAC qurumun yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə iştirak edənlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər.

Görüş zamanı hər bir vətəndaşın müraciəti dinlənilib, onlara əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Seçilən
65
1
azertag.az

2Mənbələr