AZ

Şəhid fotolarına kim nəzarət etməlidir? AÇIQLAMA

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Şəhid fotoları ilə məsələ vaxtaşırı gündəmə gəlir. Bu yaxınlarda da bəzi ərazilərdə şəhid fotolarının baxımsız vəziyyətə düşdüyü üçün yığışdırılması müzakirələrə səbəb olmuşdu.

Sadəcə yol kənarlarında deyil, paytaxtda və bölgələrdə müxtəlif ərazilərdə qəhrəmanlarımızın fotolarının baxımsız, solmuş və adları silinmiş formada qalması insanları narahat edir. Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar edirlər.

Bəs bu fotolara kim nəzarət etməlidir? Fotolar yığışdırılmalı, yoxsa yenilənməlidir?

Bu suallarla bağlı Ölkə.Az-a danışan Qarabağ qazisi Rey Kərimoğlu hesab edir ki, şəhid fotoları ilə bağlı məsələdə təkcə dövlət qurumları deyil, həmçinin ayrı-ayrı şəxslər də diqqət yetirməlidir:

“Bu, çox incə və mənəvi məsələdir. Şəhidlərimizin ruhu şad olsun. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizi həmişə başımızın üzərində saxlamalı, hörmət eləməliyik. Burada məsələnin iki tərəfi var. Biri var ki, o şəkilləri dövlət qurumları - icra hakimiyyəti, bələdiyyə, icra nümayəndəsi qoya. Bu halda dövlət orqanları onun məsuliyyətini daşıyır və daim diqqətdə saxlamalıdır. 

Məsələn, mən bir döyüş yoldaşımın xatirəsinə bir yerə onun şəklini vurmuşamsa və yaxud ailə üzvü vurubsa, o fotonu nəzarətdə saxlamalıdırlar. Bunu konkret olaraq kiminsə boynuna qoymaq fikrimcə, doğru deyil. Hər birimiz gördüyümüz işə cavabdeh olmalı, diqqətdə saxlamalıyıq ki, əsla şəhidimizin adına, yəni onun şəkilinə və yaxud da ki, şəhidin qanınının rəngi olan bayrağımıza xələl gəlməsin. 

Yəni, bütün hallarda şəhidimizin şəkili bozarmamalıdır, cırılmamalıdır. Bu, yolverilməzdir. Biz də kəndimizdə şəhidimizin şəklini vurmuşuq. Bayraq çirklənəndə yudururuq, şəkil bozaranda dəyişirik və s. digərləri də bunu etməlidir

Şəhid şəkillərini kim yerləşdirilibsə, dövlətdirsə, dövlət, ya da hansısa biznesmendirsə, ailə üzvüdürsə, o, nəzarətdə saxlasın. Diqqət yetirilsin ki, şəhid şəkilləri o cümlədən bayraqlar pozulmasın, cırılmasın, köhnəlməsin, vaxtı gələndə dəyişdirilsin”.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
olke.az

3Mənbələr