AZ

Bakı İrəvana yanacaq göndərir? – Erməni nazir

Azərbaycan neft məhsullarını Ermənistana ixrac edəcəyi ilə bağlı məlumatlardan sonra bu xəbər İrəvanda birmənalı qarşılanmayıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mger Qriqoryandan sonra Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da bununla bağlı jurnalistlərə açıqlama verib.

O bildirib ki, dəmir yolu ilə buğda idxalı davam edir.

“Artıq yeni partiyalar yola düşüb və tezliklə Ermənistana çatacaq, bundan sonra təchizatçı ölkələr və idxal həcmləri barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq”.

Nazir xüsusilə Azərbaycan ərazisindən idxal edilən buğdanın keyfiyyətinə toxunaraq, deyib ki, söhbət heç də dördüncü dərəcəli buğdadan getmir:

“İdxal edilən buğda üçüncü dərəcəlidir, artıq istifadə olunub. Yaxın gələcəkdə idxal edilən buğda üçüncü və ya ikinci dərəcəli olacaq”.

Erməni nazir Ermənistana Azərbaycan neft məhsullarının idxalı məsələsinə gəldikdə, bu mövzuda heç bir yeniliyin olmadığını qeyd edib.

Eyni zamanda o, məsələni idxalla məşğul olan şirkətlərlə dəqiqləşdirməyi təklif edib. Papoyan bildirib ki, Azərbaycan hələlik Ermənistana yanacaq idxal etmir və proseslərin tam tənzimlənməsini gözləyir.

Xatırladaq ki, hazırda Azərbaycandan Ermənistana mümkün yanacaq ixracı ilə bağlı müzakirələr həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinin diqqət mərkəzində olan məsələlərdən biridir.

Əntiqə Rəşid

Seçilən
119
nocomment.az

1Mənbələr