Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti fonunda yağıntıların xarakterinin dəyişib-dəyişməyəcəyi maraq doğurur. Xüsusilə havanın kəskin soyuması ilə yağışın sulu qara və qara keçməsi ehtimalı gündəmə gəlib.
Bu barədə hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında məlumat verib.
Ekspert bildirib ki, ölkə ərazisinə daxil olan soyuq hava kütlələri hava şəraitinin kəskin dəyişməsinə səbəb olub.
“Xüsusilə respublikanın şimal rayonlarında və Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.
Cavid Hüseynov qeyd edib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində yağıntıların sulu qar və qar şəklində düşməsi ehtimalı var. Həmçinin bu ərazilərdə havanın minimal temperatur göstəricilərinin dekabrın 16–17-də -5°C və -12°C arasında tərəddüd edəcəyi ehtimal edilir.
Ekspertin sözlərinə görə, hava şəraitinin soyuması ilə əlaqədar bu bölgələrdə yolların buz bağlaması və nəqliyyatda çətinliklərin yaranması da istisna edilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az