AZ

Pis hava şəraiti 37 nəfərin həyatına son qoydu

Mərakeşin Atlantik okeanı sahilindəki Safi əyalətində leysan yağışların yaratdığı daşqınlar nəticəsində ən azı 37 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Mərakeş dövlət televiziyası 2M TV-yə istinadən məlumat yayıb.

Paytaxt Rabatdan 330 kilometr cənubda yerləşən köhnə Safi şəhərində bir saatlıq güclü yağış evləri və mağazaları su altında qoyub. Avtomobillər yuyulub və ətraf ərazilərdə bir çox yol su altında qalıb. Mərakeşin dövlət televiziyasının bazar ertəsi verdiyi məlumata görə, xilasetmə işləri davam edir.

Seçilən
65
1
unikal.az

2Mənbələr