Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Tiktokda mənim adıma pul yığılır. Buna inanmayın”.
Bakupost.az xəbər verir ki, bu barədə sosial media hesabında əməkdar artist Tahir İmanov paylaşım edib.
O əlavə edib ki, bu, dələduzluqdur:"Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın".
T.İmanov videoçağırış zamanı hüquq-mühafizə orqanlarına da səslənib. Bu məsələnin hüquqi əksini tapmasını rica edib.
Əməkdar artist qeyd edib ki, əgər həqiqətən kiməsə müraciət etmək istəsə, "planetparniizbakuofficial" səhifəsindən edə bilər:
"Digər səhifələrdən müraciətim bilin ki ya süni intellektdir, ya da dələduzluqdur və ya yalandır".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.