AZ

Aisel Brilliant Dadaşovanın duet ortağı oldu

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Brilliant Dadaşovanın növbəti duet ortağı Avroviziya təmsilçimiz Aisel (Aysel Məmmədova) olub.

BAKU.WS xəbər verir ki, müğənnilər musiqisi Aiselin özünə məxsus olan "Ayrı düşdük" mahnısını səsləndirib.

Xanım sənətçilər sözlərini Nəriman Abbaszadənin yazdığı bəstə üçün kamera qarşısına da keçib.

Klip Royal Djafarovun rejissorluğu ilə ərsəyə gətirilib. Mahnının aranjimanını hazırda Türkiyədə yaşayan "Karvan" qrupunun musiqi rəhbəri olmuş, bəstəkar Firuz İsmayılova, mix-masterinqi isə Oleq Naumova həvalə edilib.

Klip üçün B. Dadaşovanı Elnur Həsənov, Aiseli isə Kamran Həsənli hazırlayıb. Mahnı ayrılıqdan sonra qalan boşluğu, cavabsız sualları və keçmiş xatirələrin insana yaşatdığı acını təsvir edir.

"Ayrı düşdük" nakam qalan sevginin həm kədərini, həm də davam edən gizli bağlılığını ifadə edir.

Mahnı yutubda və digər platformalarda təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
116
baku.ws

1Mənbələr