AZ

Uşaqlara aşılanan dəyərlər gələcəyin təməlidir Nazir müavini

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Uşaqlarımızı necə formalaşdırırıqsa, bu, gələcəyə də təsir edəcək.”

Metbuat.az xəbər verir ki, bunu Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransda Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, uşaqlara yalnız bilik və bacarıqlar deyil, eyni zamanda dəyərlər də aşılanmalıdır:

“Dünyanı dərk etməyin üç yolu var: incəsənət, elm və din. Bu, müasir dövrün çağırışıdır. Müasir texnologiyalar insan kapitalının formalaşmasına birbaşa təsir göstərir. Müxtəlif internet resurslarında əldə edilən biliklər isə əsasən informal xarakter daşıyır. Dinlə bağlı da çoxsaylı məlumatlar yayılır. Bu məlumatlar bəzən təhsil işçilərinin dünyagörüşünü zənginləşdirsə də, bəzi hallarda həmin kontenti paylaşanlar xurafata və ekstremizmə yol verirlər. Gənclər bu məlumatlarla qarşılaşdıqda hər zaman düzgün şəkildə məlumatlana bilmirlər. Bu baxımdan təhsilin rolu olduqca önəmlidir. Həm orta, həm də ali təhsil müəssisələrində dini biliklərə və komponentlərə yer ayrılır. Qeyri-maddi dini elementlər nəsildən-nəslə ötürülür. Təhsil sahəsində isə daha çox mənəvi komponentlərə diqqət yetirilir. Təhsilin əsas məqsədi də məhz mənəvi dəyərlərin aşılanmasıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
metbuat.az

1Mənbələr