Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Prezident Rəcəb Tayyib Ərdoğan "Türk Dünyası Vizyon Sənədi Tanıtım Proqramı"nda bir sıra mühüm açıqlamalar verib.
"Son iki əsrimiz təkcə millətimiz üçün deyil, bütün türk dünyası üçün çətinliklər, əzablar və işğallarla dolu olub. Sözün əsl mənasında tənəzzül mövsümünü yaşamışıq. Türklərin bir-birinə qucaq açmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edilib. Əlbəttə ki, burada onu da qeyd etmək lazımdır ki, 1940-cı illərin tək partiyalı dövründə ölkəmizdə də türk dünyasının mövcudluğundan bəhs etmək qadağan idi. Yəni tək partiyalı dövrdə Türkiyədən kənarda türklər var demək cinayət hesab olunurdu, onlara həbsxana kameralarında illərlə işgəncə verilirdi", -deyə Ərdoğan bildirib.
Türkiyə lideri daha sonra Boraltan faciəsindən söz açıb:"Onlar bununla da dayanmadılar. Onlar Türkiyəyə sığınan Azərbaycan türklərini Boraltan körpüsündə güllələnəcəklərini bilərək qatillərinə təslim etdilər və beləliklə, Boraltan faciəsi ilə tarixə ləkə saldılar. Boraltan faciəsi CHP üçün Türkiyənin tarixində qara bir ləkədir. Bu faciə millətimizin və Azərbaycan türklərinin qəlbində dərin yaralar açdı".
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.