AZ

"Fənərbağça"nın ulduzunun yeni sevgilis: Özündən 9 yaş kiçikdir

“Fənərbağça”nın futbolçusu Marko Asensionun şəxsi həyatında da yeniliklər var.

Publika.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin yeni münasibətə başladığı bildirilir. Onun seçimi Laviniya adlı gənc qız olub.

Bir müddət əvvəl Marko evli idi, lakin həyat yoldaşı Sandra Qaral onunla birlikdə Madriddən Parisə köçmək istəməyib. Asensio 2024-cü ilin sonunda bu barədə açıqlama verərək Sandraya birlikdə keçirdikləri illərə görə təşəkkür edib və onun həyatında hər zaman xüsusi yeri olacağını bildirib.

Rəsmi boşanmanın baş tutub-tutmadığı məlum deyil. Ancaq noyabr ayında Laviniya Leonardın "İnstaqram" hesabında Asensio ilə öpüşərkən çəkilmiş fotolar paylaşılıb. Bundan əlavə, Laviniya məhz payız aylarından etibarən “Fənərbağça”nın ev oyunlarını keçirdiyi “Şükrü Saracoğlu” stadionundan şəkillər paylaşmağa başlayıb. Bu dövr Asensionun İstanbula köçdüyü vaxta təsadüf edir.

Seçilən
80
publika.az

1Mənbələr