AZ

Nüşabə Ələsgərli mülkünü açıqladı

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Əməkdar artist Nüşabə Ələsgərli var-dövlətini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində Əməkdar artist Vasif Məhərrəmlinin "Şou-biznesin ən varlı müğənnisi Nüşabə Ələsgərlidir" sözlərinə reaksiya verib:

"Mən deyiləm. Vasif böyük səhv edib haqqımda danışır. Ruhən zəngin adamam. Bu dünyada hər kəs özünü hamıdan yaxşı tanıyır. Mən bilirəm necəyəm. Maddiyatdan söhbət gedirsə, zəngin deyiləm. Normalam. Hərənin nəyi olursa, ondan bir-bir məndə də var: bir maşın, torpaq, ev. Bizdə oğlan və qız övladı arasında fərq yoxdur. Nəyim var iksinin arasında bərabər bölünüb".

Qeyd edək ki, V.Məhərrəmli həmkarı haqqında "Qızına Belçikada, oğluna Estoniyanın paytaxtı Tallində ev alıb" sözlərini deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
91
7
axsam.az

8Mənbələr