AZ

Ermənistan Aİ-dən KÖMƏK İSTƏDİ 

Ermənistan Avropa İttifaqından parlament seçkilərinə xarici müdaxilənin qarşısını almaq üçün yardım istəyib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan hökuməti Avropa İttifaqına müraciət edərək, gələn il keçiriləcək parlament seçkilərində “xarici müdaxilənin” qarşısını almaq üçün dəstək istəyib.

Xəbərdə qeyd olunur ki, Brüssel daha əvvəl İrəvana Rusiyanın təsirinə qarşı mübarizə məqsədilə 15 milyon avro ayırıb. Ermənistan rəsmiləri bu dəstəyin siyasi proseslərin şəffaf keçirilməsində və seçki təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağını bildirirlər.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin yayında baş tutacaq. Ölkədə seçkilərə hazırlıq artıq erkən mərhələdə başlayıb və beynəlxalq müşahidəçilərin iştirakı da gözlənilir.

Seçilən
44
nocomment.az

1Mənbələr