AZ

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - 2026-cı ildə qiymətlər...

Qızılın qiyməti günü-gündən artmaqda davam edir. Qızıla hər dövrdə təlabat var. Xüsusilə yeni evlənən xanımlara qızıl dəstlər alındığı üçün indi hər kəsin ağlında bir sual var: 2026-cı ildə qızıl qiymətləri necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, qızıl qiymətlərində gələn il artım gözlənilir:

"Amma bu artım builki kimi fantastik olmayacaq. Bu il artım həddən artıq sürətli oldu. Amma artım davam edəcək, qızılın düşəcəyi gözlənilmir. Hələ də qızıl qiymətləri yüksək olaraq qalacaq. Təxminən 10%-lik bir artım proqnozlaşdırılır. Amma təbii ki, bunların hamısı proqnozdur. Builki artım deyəndə son 12 aylıq rəqəmləri nəzərdə tuturam, çünki il hələ bitməyib. Bu qədər sürətli artımı qeyri-müəyyənliklərlə və risklərlə əlaqələndirirlər. ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra risklərin artması ilə əlaqələndirirlər. Amerika ilə Çin arasında ciddi gərginliyin artacağı gözlənilir. Ticarət müharibələri, Rusiya-Ukrayna müharibəsinin qeyri-müəyyənliyi. Yəni dünyada qeyri-müəyyənliyin artması ilə izah edirlər. Son bir ildə qızıl 58% artıb. İlin əvvəlindən isə belə deyək, son 11 ay 15 gün ərzində 66% artım qeydə alınıb. Yəni builki artım fantastik idi".

Nuriyyə NATİQQIZI

Seçilən
98
1
redaktor.az

2Mənbələr