Bakı, 15 dekabr, AZƏRTAC
Regional inteqrasiya, region içi əməkdaşlıq və ən yaxşı təcrübələrin paylaşılması bizim yeni Strateji Çərçivəmizin əsas sütunlarından biridir.
AZƏRTAC xəbər verir ki, bunu müsahibəsi zamanı Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xətib bildirib.
BMT rəsmisi qeyd edib ki, bu yanaşma Azərbaycanın məqsədlərinə tam uyğundur.
“Azərbaycan xüsusilə sosial sahədə dünyaya təqdim edə biləcəyi çoxsaylı uğurlu nümunələrə malikdir. “ASAN Xidmət” modeli artıq bir çox ölkələr, o cümlədən Afrika dövlətləri ilə paylaşılmış nümunəvi təcrübədir və regionlararası əməkdaşlıq üçün çox dəyərli modeldir. Biz bu cür əməkdaşlıq nümunələrini regional platformalarda və regionlararası öyrənmə mexanizmlərində təqdim etməyə tam hazırıq”, - deyə xanım Əl-Xətib bildirib.
Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq.