Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") katirovka sorğusu metodu tətbiq edilməklə müqavilə bağlayıb.
Ölkə.Az-ın məlumatına görə, razılaşmanın dəyəri təxminən 26 min manatdan çoxdur.
Müqavilə “Mebellərin satınalınması” ilə əlaqədar qurumla Əzizov Əsəd Qacar oğlu arasında imzalanıb.
Qeyd edək ki, yerli mediada tərəflərdən biri Masallı şəhər bələdiyyəsinin sədr müavinidir. Belə ki, Əsəd Qacar oğlu Əzizovun ad, soyad və ata adı üst-üstə düşür. Məlum olub ki, tenderdə qalib seçilən sahibkarla bələdiyyə sədrinin müavini eyni şəxsdir.
Əsəd Əzizov bələdiyyə seçkilərinə qatılarkən onun tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.