Qaxda baş verən qəzada 2 nəfər xəsarət alıb.
NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.
Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bilditilir.
Faktla bağlı araşdırma aparılır.