Bazar ertəsi Aİ Şurası "Birliyin, onun Üzv Dövlətlərinin və tərəfdaşlarının təhlükəsizliyini, sabitliyini və demokratik əsaslarını təhdid etmək və pozmaqda" məsul hesab etdiyi bir qrup şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.
"Yeni Sabah" xəbər verir ki, siyahıya amerikaşünaslıq üzrə ixtisaslaşmış politoloq, MDBMİ-nin beynəlxalq münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov, politoloqlar Dmitri Suslov və İvan Timofeyev, jurnalistlər Fyodor Lukyanov və Andrey Bıstritski, habelə ukraynalı jurnalist Diana Pançenko daxildir.
Bundan əlavə, sanksiya siyahısına bir neçə QRU zabiti və Rusiya mediası ilə əməkdaşlıq edən və ya rusiyapərəst fikir bildirən əcnəbilər də daxildir.
Siyahıya ayrı-ayrı şəxslərlə yanaşı, 142-ci Elektron Müharibə Batalyonu və Beynəlxalq Russofil Hərəkatı da daxildir.
Telegram kanalımız