AZ

“Milan” futbolçusu ilə müqavilə uzatdı

“Milan” yarımmüdafiəçi Aleksis Salemakerslə müqavilənin uzadılması barədə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, yeni müqaviləyə 26 yaşlı belçikalı futbolçunun maaşının artırılması daxildir. Sözləşmənin təfərrüatları və müddəti açıqlanmayıb.

Oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” onun dəyərini 20 milyon avro qiymətləndirir.

2025/26 mövsümündə Salemakers “Milan”da 18 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Seçilən
35
idmanxeber.az

1Mənbələr