AZ

Qida təhlükəsizliyi və su qıtlığı kimi həyati məsələlərdə israfçılığın qarşısını almaq üçün addım atmalıyıq

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda “Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə 6 dekabr tarixində “Beynəlxalq Qida və Aqrar Biznes Forum – Sərgi 2025” baş tutub. Tədbir yerli və xarici iş adamlarını, dövlət nümayəndələrini, qida və təsərrüfat sahəsinin peşəkarlarını, fermerləri və investorları bir araya gətirib.

Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə qonaq qismində çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov forumun əhəmiyyətindən və gələcəkdə dünya əhalisini gözləyə biləcək problemlərdən bəhs edib.

Ceyhun Məmmədov

“Kənd təssərrüfatı ən inkişaf edən sahələrdən biridir. Dünya belə bir fikir formalaşıb ki, 2050-ci ilə qədər əhali 9,03 milyarda çatacaq. Ona görə də dövlətlər üçün proitet olan sahələrdən biri də kənd təsərrüfatıdır. İşğaldan azad olan torpaqlarımızda da böyük işlər görülür, təcrübələr aparılır”-deyə deputat bildirib.

Ceyhun Məmmədov qeyd edib ki, qarşıda bizi gözləyən ən ciddi məsələlərdən biri də sudur: “Qida təhlükəsizliyi, su qıtlığı məsələlərində israfçılığın qarşısını almaqla bağlı ciddi addımlar atılmalıdır. Bu gün biz bu barədə danışırıq, amma gələcəkdə ciddi priblemlərlə qarşılaşa bilərik. Hər birimiz bu məsələlərdə çox həssas olmalıyıq”.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr