AZ

Lukaşenko yüzdən çox müxalifətçini azad etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko 123 nəfərin əfvi ilə bağlı sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampla əldə olunmuş razılaşma və onun şəxsi xahişi əsasında atılıb.

Qeyd olunur ki, qərar Belarusun kalium sənayesinə qarşı tətbiq edilmiş qanunsuz sanksiyaların ləğvi fonunda verilib.

Azad edilənlər arasında müxalifət lideri Mariya Kalesnikava, keçmiş prezidentliyə namizəd Viktar Babarıka və 2022-ci il Nobel Sülh Mükafatı laureatı Ales Belyatski də var.

Bütün əfv olunan şəxslər artıq Belarus ərazisini tərk ediblər. Kalesnikava, Babarıka və bir sıra digər sabiq məhbuslar Ukraynaya aparılıb.

Seçilən
81
nocomment.az

1Mənbələr