AZ

Azərbaycanda klub çempionat oyununa çıxmadı

II Liqada mübarizə aparan “Şəki Siti” XIII turda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.

Sözügedən matç bu gün saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilməli idi.

Şəkililər II Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb.

Seçilən
28
sportinfo.az

1Mənbələr